27 iyul 2020 18:49
334

Xüsusi karantin olan rayonlardan icazəsiz Qaxa gedənlər cərimələnib

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həftəsonu xüsusi karantin rejimi elan edilən şəhər və rayonlardan icazələri olmadan, qaydaları pozaraq rayona gələn şəxslər müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən 7 belə şəxs aşkar olunub. Onlara karantin rejiminin qayda və tələbləri izah olunub.

Yeddi nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək, hər biri 200 manat məbləğində cərimələnib.