Məlum olduğu kimi, Prezident cənab İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bildirib ki, "hər bir vətəndaş öz məsuliyyətini dərk edib, yaşlı nəslin nümayəndələrinə xüsusi diqqət göstərməlidir. Yaşlı nəslin nümayəndələrinə Azərbaycan cəmiyyətində həmişə böyük hörmət göstərilir."
Bu kontekstdən çıxış edərək Yeni Azərbaycan Partiyasının (YAP) Kürdəmir rayon təşkilatlarının gəncləri və könüllüləri köməyə ehtiyacı olan ahıl insanların evlərinə baş çəkiblər, onlara koronavirusdan qorunmaq üçün sağlamlıqlarının müdafiəsi məqsədilə gigiyenik vasitələr çatdırıblar, xəstəlikdən qorunma üsullarını izah ediblər.
Orxan Vahidoğlu, "İki Sahil"
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib - FOTO
Masallı Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə oftalmoloji əməliyyatlar icra olunub