12 yanvar 2021 22:41
1408

Yasamal rayonunda növbəti sosial aksiyaya start verilir

Yasamal Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı və Milli Məclisin deputatı Elnur Allahverdiyev bu gündən etibarən növbəti sosial aksiyaya start verirlər.
"İki sahil" xəbər verir ki, aksiya çərçivəsində YAP Yasamal rayon təşkilatı Gənclər Birliyinin üzvləri rayonun şəhid ailələrinə və qazilərinə baş çəkəcəklər, hədiyyələr təqdim edəcəklər.
Aksiyanın keçirilməsində məqsəd şəhid ailələrinə və qazilərə mənəvi dəstək olmaq, onlara ictimaiyyətimizin təşəkkürünü çatdırmaqdır.