19 noyabr 2019 17:37
933

Yerevan Psixiatriya Klinikasının pasiyentləri aclıq aksiyasına başlayıb

Yerevan Psixiatriya Klinikasının pasiyentləri aclıq aksiyası keçirir.

“Report” xəbər verir ki, bu barədə “Novosti Armeniya” məlumat yayıb.

Etiraz aksiyasında 50-dən çox pasiyent iştirak edir. Onlar qohumlarının xəstəxanaya yemək gətirməsinə qoyulan qadağanın götürülməsini tələb edirlər. 

Psixi sağlamlığın qorunması üzrə Milli Mərkəzin direktoru Sergey Xaçatryan xəstəxanada müalicə olunan şəxslərin aclıq aksiyası keçirdiklərini təsdiqləyib: “Son aylarda qohumların gətirdiyi yeməklərdə bağırsaq çöpləri aşkar edilib. Bu səbəbdən gətirilən yeməklərin verilməsi qadağan olunub”.

Ermənistanın Səhiyyə Nazirliyi məsələ ilə bağlı araşdırma aparır.