13 sentyabr 2019 14:15
815

Yunanıstanda 4-cü dərəcəli yanğın təhlükəsi elan edilib

Yunanıstanda yanğın təhlükəsi sentyabrın 13-də ən yüksək kateqoriyaya – 4-cü dərəcəyə qaldırılıb. Xüsusilə Attika, Mərkəzi Yunanıstan, Fessaliya, Mərkəzi Makedoniya, Şərqi Makedoniya və Frakiya rayonları, Egey dənizinin şimalında və cənubundakı adalar, Krit və Peloponnes yarımadası təhlükə ilə üzləşib.

Yanğınsöndürənlər, polis, hərbiçilər və könüllülər fövqəladə vəziyyətin baş verməməsi üçün qabaqlayıcı tədbirlər görürlər.