09 oktyabr 2019 18:37
208

Yuxu rejiminizi pozmayın

Biz yatanda orqanizmimiz özü özünü bərpa edir. Bu istirahət bədənimiz üçün çox vacibdir. Onu bu imkandan məhrum etsəniz, bədənin bərpa edə bilmədiyi bütün “xəsarətlər” və “problemlər” üst-üstə yığılır və daha sonra orqanizmə böyük fəsad verir.

Yuxu zamanı bədəndə nələr baş verir?

Yuxunun dərin mərhələsinə girdikdən sonra, əzələlərin əksəriyyəti hərəkətsiz qalır və bədən istiliyi azalır. Gözlər qapaqları altında hərəkət etməyə davam edir. Dərinin maddələr mübadiləsi sürətlənir, dəri zədələri və ultrabənövşəyi şüaların yaratdığı radiasiyanı uzaqlaşdırır. Beyin lazımsız məlumatlardan qurtulur. İmmun sistemi üçün lazım olan hormonlar istehsal olunur. Yuxu zamanı tər və nəfəsdəki buxar vasitəsilə çıxan mayeyə görə çəkimiz azalır. Onurğa düzəlir, buna görə də səhərlər duranda boyumuz bir neçə santimetr daha uzun olur.

Bəs yatmasaq nə olar?

Bir gecə yatmasaq qana dopamin ifraz edən mesalimbik sistem beyində aktivləşir. İnsan daha enerjili və daha aktiv olur. Belə baxanda qulağa da xoş gəlir, lakin bundan sonra beyin yavaş-yavaş öz məhsuldarlığını itirir. Reaksiya zəifləyir və daha sonra beynin ətrafda baş verənləri qavramaq funskiyası zəifləyir.

İki yuxusuz keçən gecədən sonra qlükoza mübadiləsi və immun sistemi pozulur.

Üçüncü gecədən sonra halüsinasiyalar, qarabasmalar baş verir.

Mütləq yatın və yuxu rejiminizi pozmayın.

Röya Rasimqızı, “İki sahil”