8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Sığortaçılar Assosiasiyasının və üzv sığorta şirkətlərinin rəhbərlikləri və nümayəndələrinin iştirakı ilə Zəfər Parkına kollektiv ziyarət təşkil olunub.
Ziyarət çərçivəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, memorial abidənin önünə gül dəstələri düzülüb.
Azərbaycan sığorta sektorunun təmsilçiləri tarixi Zəfərimizin xalqımızın sarsılmaz iradəsinin, milli birliyinin və qəhrəmanlığının təntənəsi olduğunu vurğulayaraq, bu möhtəşəm Zəfəri bizə yaşadan şəhidlərimizin əziz xatirəsinə ehtiramlarını ifadə ediblər.
Daşkəsən rayonunda 8 Noyabr – Zəfər Günü təntənəli bayram konserti ilə qeyd edilib