09 yanvar 2024 12:36
189

Ziya Bünyadov prospektində qəza olub, sıxlıq yaranıb

Nərimanov rayonu, Ziya Bünyadov prospektində yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

Xəbərə görə, nəticədə metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaranıb. NİİM əməkdaşları tərəfindən yol polisinə məlumat verilib. Sıxlığın aradan qaldırılması istiqamətində işlər görülür.