10 iyul 2018 22:57
1376

Azərbaycan Prezidenti iki hakimə “Əməkdar hüquqşünas” fəxri adı verib

Prezident İlham Əliyev “Əməkdar hüquqşünas” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama görə, Azərbaycan Respublikasının məhkəmə hakimiyyəti orqanlarında səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin aşağıdakı hakimlərinə “Əməkdar hüquqşünas” fəxri adı verilir:

Rövşən Rəhim oğlu İsmayılova
İsa Əli oğlu Nəcəfova