19 iyul 2018 22:38
1335

Neftçalada kanalda batan şəxsin meyiti tapıldı

Neftçala rayonunun Aşağı Surra kəndində kanalda batmış 1995-ci il təvəllüdlü Dadaşov Cavanşir Cümşüd oğlunun axtarışları başa çatıb.

FHN-dən Trend-ə verilən məlumata görə, C.Dadaşovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.