19 iyul 2018 22:39
1326

Hərbi anbarda PARTLAYIŞ

ABŞ-ın Pensilvaniya ştatında partlayış qeydə alınıb. Trend-in məlumatına görə, partlayış hərbi anbarda baş verib.

Partlayış nəticəsində bir neçə nəfərin yaralandığı bildirilir.

Yanğınsöndürənlər və xilasedicilər qrupu hadisə yerinə cəlb olunub.

Partlayışın baş vermə səbəbləri hələ məlum deyil. Bununla belə, partlayışın terror aktı olmadığı qeyd edilib.