18 oktyabr 2017 16:11
454

Azərbaycanda Avstraliya kapitallı 12 şirkət fəaliyyət göstərir

Azərbaycanda Avstraliya kapitallı 12 şirkət qeydiyyatdan keçib. Bu şirkətlər, əsasən Azərbaycanda neft-qaz sektorunda fəaliyyət göstərir.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov oktyabrın 18-də Bakıda keçirilən Azərbaycan-Avstraliya biznes-forumunda deyib.

"Azərbaycan ilə Avstraliya arasında ticarət dövriyyəsi o qədər də yüksək deyil. Bugünkü biznes-forumda ölkələrimiz arasında ticarət dövriyyəsinin genişləndirilməsini müzakirə etmək üçün geniş imkanlarımız olacaq", - deyə AZPROMO-nun rəhbəri qeyd edib.