08 may 2024 17:58
302

Qars-Naxçıvan dəmir yolu layihəsinin reallaşdırılması üçün Azərbaycan dəmir yolu xəttinin yenidən qurulmasına başlayıb

Qars-Naxçıvan dəmir yolu layihəsinin reallaşdırılması üçün Azərbaycan tərəfi artıq Naxçıvanda müvafiq dəmir yolu xəttinin yenidən qurulması işlərinə başlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın Baş nazirinin və Türkiyənin Vitse-prezidentinin həmsədrliyi ilə iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclasında bildirilib.

Azərbaycanın əsas hissəsi ilə Türkiyə arasında birbaşa dəmir yolu əlaqəsinin təmin edilməsi baxımından Qars-Naxçıvan dəmir yolu layihəsinin reallaşdırılmasının əhəmiyyəti vurğulanıb. Türkiyə tərəfinin diqqətə çatdırılıb ki, Azərbaycan tərəfi artıq Naxçıvanda müvafiq dəmir yolu xəttinin yenidən qurulması işlərinə başlayıb.