15 avqust 2018 21:11
1135

90 yaşında İnstaqram ulduzu oldu

Yaponiyada 90 yaşlı Kimiko Nishimoto İnstaqram ulduzuna çevrilib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, telefonla şəkil çəkməyi öyrənən qoca qısa müddətdə müxtəlif proqramlardan istifadə edərək qeyri-adi fotolarını lentə alıb. Özünü gah dovşana, gah qurbağaya oxşadan Nishimoto fotolarını Tokioda qalereyada sərgiyə belə çıxarıb.

Kimikonun sərgisinə pərəstişkarları axın edib.