12 mart 2018 21:53
1073

Dubayda “Ağıllı” park açılıb

Dubayda hər şeyin bərpa oluna bilən enerji ilə işlədiyi “ağıllı” park açılıb.

Trend-in məlumatına görə, “Al Barsha South Park” adlanan parkda günəş batareyaları vasitəsilə işləyən parkinq yeri, eləcə də elektromobillər üçün elektrik bərpa məntəqəsi var.

Parkın işıqlandırılması yalnız günəş enerjisi vasitəsilə həyata keçirilir.

Park 7 hektar ərazidə salınıb, onun dəyəri 5 milyon dollara yaxındır.