09 dekabr 2017 01:35
1057

Tarixin ən bahalı hədiyyələri

Həyat yoldaşına 100 milyon dollarlıq hədiyyə bağışlayan şəxs kimdir?

Yeni il bir neçə həftə qalıb. Demək sevdiklərimizə, yaxınlarımıza hədiyyə almağın da vaxtı gəlib çatıb. Siz nə alacağınızı düşünməkdə olun, biz sizi tarixdə indiyə qədər bağışlanmış ən bahalı və qiymətli hədiyyələrin siyahısı ilə tanış edək.

Siyahının ilk pilləsində 1849-cu ildə Britaniya kraliçası Viktoriyaya hədiyyə edilən 186 karatlıq “Koh-i-Noor” almazı yer alıb. Almaz kraliçaya Sinkx dövlətinin sonuncu maxaracası olan Dalip Sinkx tərəfindən hədiyyə olunub.

1770-ci ildə Fransa tərəfindən ABŞ-a, müstəqillik uğrunda müharibənin getdiyi vaxt 20 milyard dollar verildi. Lakin bu səxavətli hədiyyə Fransaya çox baha başa gəldi. Hətta ölkədə nəhəng maliyyə böhranına və Fransa inqilabına səbəb oldu.

Siyahının 3-cü pilləsində mirvari boyunbağının adını görmək olar. Hansı ki, 1917-ci ildə bankir Morton Plank tərəfindən həyat yoldaşına hədiyyə edilib. Zinət əşyasının dəyəri təqribən 20 milyon dollar təşkil edib.

Milyarder Leonard Lauderin 2003-cü ildə Metropoliten muzeyinə hədiyyə etdiyi  1,1 milyard dollarlıq kolleksiya da tarixdə bağışlanan ən bahalı hədiyyələrdən hesab olunur. Kolleksiyaya Pablo Pikasso, Jorj Brak və digər məşhur şəxslərin sənət inciləri daxil idi.

Və nəhayət ilk beşliyi rusiyalı milyarder Roman Abramoviçin həyat yoldaşına hədiyyə etdiyi incəsənət nümunələrindən ibarət kolleksiya tamamlayır. Kolleksiyanın dəyəri təxminən 100 milyon dollar təşkil edib.