18 iyul 2018 17:13
1432

Şabranda avtobus qəza törətdi - Ölən var

Şabran rayonunun Günəşli kəndində ”Nissan” markalı minik avtomobili və "Hyundai" markalı sərnişin avtobusu toqquşub.

FHN-dən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxışmış vəziyyətdə qalmış sürücü, 1992-ci il təvəllüdlü Bayramov Məmmədəli Əkbər oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.