20 sentyabr 2018 19:19
1331

Beyləqanda beşotaqlı ev yanıb

Beyləqan rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, yanğın rayonun Əlinəzərli kəndində ümumi sahəsi 130 kvadratmetr olan evdə qeydə alınıb. Nəticədə birmərtəbəli beşotaqlı ev yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.