21 sentyabr 2018 15:25
1499

Ukraynada kütləvi zəhərlənmə hadisəsi baş verib

Ukraynanın Ternopol vilayətinin İvan-Pustoy kəndində kütləvi zəhərlənmə baş verib.

Təyyarə kəndin ərazisindəki kənd təsərrüfatı sahəsinə dərman səpdikdən sonra insanlar tarlada özlərini pis etməyə başlayıblar. 250 insan başgicəllənməsinə və ürəkbulanmaya görə xəstəxanalara müraciət edib. Onlardan 80-i uşaqdır.