Yusif Eyvazova “Xalq artisti” fəxri adı verilib

21 may 2018 22:02
948

Prezident İlham Əliyev Yusif Eyvazova “Xalq artisti” fəxri adını verib

Prezident İlham Əliyev Yusif Eyvazova “Xalq artisti” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Yusif Vilayət oğlu Eyvazova “Xalq artisti” fəxri adı verilsin.