Gömrük Komitəsinin Akademiyasına yeni rəis təyin edilib

30 oktyabr 2018 22:11
2824

Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin Akademiyasına yeni rəis təyin edib

Prezident İlham Əliyev İsmayıl Ağa Qulu oğlu Ələkbərovun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Qulu Novruz oğlu Novruzov Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi təyin edilib.