31 oktyabr 2018 17:19
1991

Erməni Kardaşyan: Soyunmuşam, bundan sonra da soyunacağam

Sosial şəbəkələrdə məni tənqid edənlərə sakitləşməyi və bir qədər düşünməyi məsləhət görərdim. Hər insan seçimində azaddır. Mənə təhqir və əsassız tənqid ünvanlayanlar özləri necə yaşayırlar?! Soyunmaq, ya da geyinmək mənim seçimimdir. Soyunmuşam, bundan sonra da soyunacağam.

Erməni Kim Kardaşyan İnstagram profilində yarıçılpaq və çılpaq fotolarını paylaşması ilə bağlı məruz qaldığı tənqidlər barədə danışarkən reportyora belə deyib.

Milli.Az bildirir ki, ABŞ-ın populyar realiti-şou ulduzlarından biri, pornoqrafik videoları yayılandan sonra məşhurlaşan Kim Kardaşyan yeni fotosessiyaya çəkilib.

Çəkilişlər İndoneziyanın Bali adasında aparılıb.

Üç övlad anası olan Kardaşyan izafi çəkisindən qurtulmaq üçün pəhriz saxladığını, fitneslə məşğul olduğunu da deyib.