01 noyabr 2018 21:01
2966

Bu il 453 çoxmərtəbəli binaya təbii qaz verilib

“Azəriqaz” İstehsalat Birliyi bu ilin yanvar-oktyabr aylarında 453 çoxmərtəbəli binaya təbii qaz verib.

Birlikdən bildirilib ki, “Azəriqaz” çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir. Görülmüş işlərin nəticəsidir ki, birlik cari ilin yanvar-oktyabr ayları ərzində hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq müvafiq sənədləri təqdim olunan 453 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib. Həmin binalarda ümumilikdə 22 min 75 ailə yaşayır.

“Azəriqaz” təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır.