07 dekabr 2017 21:24
2691

BSU nümayəndəsi beynəlxalq konfransda çıxış edib

Bakı Slavyan Universitetinin (BSU) təcrübə və məzunların karyera inkişafı şöbəsinin müdiri, p.ü.f.d, dosent Yaşar Alxasov Moskvada Rusiya Xalqlar Dostluğu Universitetinin (RXDU) Beynəlxalq Rus Dili və Ədəbiyyatı Müəllimləri Assosiasiyası (MAPRIAL) ilə birqə təşkil etdikləri “Bilinqvizimdən translinqvizmə doğru: lehinə və əleyhinə” adlı Beynəlxalq elmi-praktik  konfransda iştirak edib. BSU-nun Mətbuat Xidmətindən “İki sahil”ə verilən məlumata görə, konfransa – Azərbaycan, Çin, ABŞ, İspaniya, İtaliya, Bolqarstan, Belarus, Slovakiya, Sloveniya, Qazaxıstan, Qırğıstan, Özbəkistan, Moldova, Gürcüstan, Kipr, İran  və s. ölkələr daxil olmaqla 20-dən çox dövlətin aparıcı ali təhsil müəssisələri və elmi mərkəzlərinin təmsilçiləri qatılıblar. BSU-nun nümayəndəsi plenar və bölmə iclaslarında çıxış edərək, universitet haqqında geniş məlumat verib, universitetin rəhbərliyi adından Təşkilat komitəsinin sədri, RXDU-nun Əlavə təhsil üzrə prorektoru xanım Anjela Doljikovaya hədiyyə təqdim edib.

Qeyd edək ki, Y.Alxasovun Azərbaycan Respublikasında bilinqivizmin formalaşması problemlərinə dair məruzəsi konfrans iştirakçıları tərəfindən maraqla qarşlanıb.

Plenar iclasdan sonra Y. Alxasov RXDU-nun prorektoru xanım Anjela Doljikova ilə təkbətək görüşüb və  BSU-nun bazasında region mütəxəssisləri üçün müxtəlif dil və stajkeçmə kurslarının təşkilinə dair layihələrin reallaşması barədə razılığa gəliblər.