16 noyabr 2017 21:46
740

Madriddə banka silahlı basqın olub

İspaniyanın paytaxtı Madriddə yerləşən “Bankia” bankının şöbələrindən birinə silahlı basqın olub.

AZƏRTAC xəbər verir ki, 60 yaşlı kişi Madridin Usera rayonundakı bank şöbəsinə daxil olub, bank əməkdaşlarını tapança ilə hədələyərək qarət həyata keçirməyə cəhd göstərib. Bir saatdan artıq müddətdə girovları qorxuda saxlayan qocanı polis həbs edə bilib.

Hadisə zamanı heç kim xəsarət almayıb. Şahidlərin ifadələrinə görə, saxlanılan şəxs əvvəlcə yaxınlıqdakı bara daxil olaraq alkoqol qəbul edib.