18 yanvar 2018 14:21
983

Naxçıvanda cinayətlərin sayı 40 dəfəyə yaxın azalıb

22 il bundan əvvəllə müqayisədə Naxçıvan Muxtar Respublikasında cinayətlərin sayı 40 dəfəyə yaxın azalıb.

Bu barədə Muxtar Respublikanın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib. Qeyd edilib ki, neçə illərdir, muxtar respublikada cinayətlərin açılma faizi 100 faizdən aşağı enmir.

Məlumatda vurğulanıb ki, Naxçıvan polisi öz göstəricilərinə görə Azərbaycan Respublikası daxili işlər orqanları arasında ən qabaqcıl yerdə dayanmaqla cinayətkarlığa qarşı mübarizədə ən yaxşı nəticələri əldə edib.

Qeyd edək ki, bu gün Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin yaranma günüdür.