22 sentyabr 2017 18:45
500

Rusiyada bu dəfə mədənçilər təxliyə edildi

Rusiyanın Vorkuta şəhərində mədənlərin birində 180-ə yaxın mədənçi təxliyə olunub. Trend-in məlumatına görə, buna mədəndə baş vermiş tüstülənmə səbəb olub.

Tüstülənmədən dərhal sonra 780 metr dərinlikdə çalışan 177 mədənçi çıxarılıb. Təxliyə işinə 5 xilasedici dəstə qatılıb.

Hazırda hadisənin səbəbləri araşdırılır.