18 sentyabr 2017 22:01
307

Külli miqdarda psixotrop dərmanın ölkəyə gətirilməsinin qarşısı alınıb

Astara rayonu ərazisində 2180 ədəd psixotrop tərkibli dərman preparatı aşkar edilib

Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsi (DGK) əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda psixotrop tərkibli dərman preparatlarının dəniz sərhədləri istiqamətində, İrandan Azərbaycana daşınmasının qarşısı alınıb.

DGK-nın mətbuat xidmətindən bildirilib ki, Azərbaycan Respublikası vətəndaşı Quliyev Rəsul Sabir oğlu hazırda şəxsiyyəti istintaq tərəfindən araşdırılan İran İslam Respublikası vətəndaşı ilə cinayət əlaqəsinə girərək, satış məqsədilə İrandan Azərbaycana keçirilərək Astara rayonu ərazisində 2 ədəd kisədə gizlədilmiş 2180 ədəd psixotrop tərkibli “Mydrax” dərman preparatını götürüb hadisə yerindən uzaqlaşmağa cəhd göstərərkən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi və Dövlət Gömrük Komitəsi Xəzər dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.