19 oktyabr 2018 20:19
2102

Əxlaqsız müəllim 14 yaşlı şagirdi tovladı

ABŞ-ın Florida ştatındakı Volusi bölgəsinin sakini, 27 yaşlı Stefani Peterson həbs olunub. Onu 10 ilədək həbs cəzası gözləyir.

Milli.Az bildirir ki, Nyu Smirna Biçdəki "New Smyrna Beach Middle School"da müəllim olan S.Peterson 14 yaşlı şagirdini tovlayıb, onunla dəfələrlə cinsi əlaqəyə girib.

Polisdən verilən məlumata görə, müəllim əvvəlcə yarıçılpaq, sonra da çılpaq fotolarını şagirdinin mobil telefonuna yollayıb.

Daha sonra isə o, şagirdinə "həzz almaq üçün" marixuana göndərib.

Yeniyetmə oğlan müəlliminin ona "eşq"i barədə valideynlərinə danışandan sonra S.Petersonu polis saxlayıb.

S.Petersonun yanğınsöndürmə xidmətində zabit olan əri onu boşayıb.