19 aprel 2018 01:49
2218

Dünyanın ən bahalı 10 xəzinəsi

Dünyada bu gün də qədimdən qalan xəzinələr tapılır.

“Ölkə.Az” bu gün oxuculara tapılan ən bahalı, ən qiymətli xəzinələrin siyahısını təqdim edir.

22 milyard dollarlıq xəzinə
Dünyanın ən bahalı xəzinəsi 2011-ci ildə Hindistanda, Şri Padmanambxasvami məbədində tapılıb. Xəzinədə həddindən artıq çox qızıl, gümüş, zinət əşyaları olub. Qır-qızıl o qədər çox olub ki, onu kisə ilə sayıblar.

10 milyard dollarlıq xəzinə
2005-ci ildə Çilidə tapılıb. 600 çəlləyə yığılmış qızıl külçələr 50 metr dərinlikdə tapılıb. Amma qızılaxtaranlar bir il bu xəzinənin axtarışı ilə məşğul olublar.

3 milyard dollarlıq xəzinə

Atlantik okeanında bir şirkət tərəfindən tapılıb. Almaz, qızıl və platin okeandan çıxarılıb. 2009-cu ildə isə bu barədə məlumat verilib. Xəzinə Böyük Britaniya və Rusiyaya məxsus olub. Amma xəzinənin sonrakı taleyi naməlumdur.

1 milyard dollarlıq xəzinə
Kolumbiya sahillərində 300 il əvvəl batmış gəmidə məhz bu dəyərdə xəzinə olub. Əsasən qızıl və gümüş külçələr, qiymətli daş-qaşdan ibarət xəzinə Kolumbiya dövlətinə məxsusdur. 2015-ci ilin dekabr ayında tapılıb.

500 milyon dollarlıq xəzinə
200 il əvvəl Portuqaliya sahillərində “Nuestra Senora de las Mercedes” gəmisi batıb. 2007-ci ildən gəminin axtarışları başlandı. Amma xəzinə axtaranları məyusluq gözləyirdi. İspaniya hökuməti sübut etdi ki, bu xəzinə milli sərvətdir və son sikkəsinə qədər İspaniyaya təhvil verilməlidir.

450 milyon dollarlıq xəzinə
İspaniyaya məxsus “Nuestra Senora De Atocha” gəmisi 400 il dənizin dibində qalıb. Amerikalı xəzinə axtaranlar bu gəmini tapıblar. Suyun dibindən 500 min qiymətli artefakt çıxarılıb. Onlar arasında 4 min zümrüd əşya olub.

400 milyon dollarlıq xəzinə
Dəniz qulduru Sem Bellami kifayət qədər böyük xəzinə toplamışdı. Amma onun gəmisi qəzaya uğrayaraq batıb. 1984-cü ildə isə gəmi tapılıb.

200 milyon dollarlıq xəzinə
Böyük Britaniyaya məxsus gümüş külçələr Şimal Atlantik okeanın dibindən çıxarılıb. Bu xəzinə II dünya müharibəsi zamanı batırılan sualtı qayıqda olub. Xəzinənin 80%-i onu tapanlara verilib.

190 milyon dollarlıq xəzinə
Titanik gəmisində tapılıb.  Gəminin sərnişinlərinin üzərində qiymətli daş-qaş çox olub. Qəzadan bir müddət sonra bu daş-qaş hərraclarda satılmağa başladı.

10 milyon dollarlıq xəzinə
Mərkəzi Amerika sahillərində 1857-ci ildə “Qızıl gəmi” batıb. Gəmidə 14 min kq qızıl olub. Qızıl 131 il sonra tapılıb. Xəzinənin böyük hissəsi sudan çıxarılıb.