31 avqust 2017 21:57
446

Mariya Zaxarova: Monitorinq zamanı atəşkəsin pozulmasına dair məlumatı ekspertlər araşdırmalıdır

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan Xarici İşlər Nazirliyinin Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq monitorinq aparılarkən atəşkəsin pozulması barədə məlumatına münasibət bildirib.

"Report" xəbər verir ki, M.Zaxarova brifinqdə bu məsələni ekspertlərin hadisə yerində araşdırma apararaq qiymətləndirməli olduqlarını bildirib.

"Rusiya vəziyyətin gərginləşdiyi dövrdə tərəfləri düşünülmüş addımlar atmağa çağırıb. Məqsəd vəziyyəti ağırlaşdırmaq yox, siyasi həlli istiqamətində addım atmaq olub", - o deyib.

M.Zaxarova həmçinin hazırda Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkili üçün iki ölkənin xarici işlər nazirlərinin görüşünün keçirilməsinə hazırlıqla bağlı heç bir məlumat olmadığını vurğulayıb.