05 iyul 2018 19:42
643

Avrokuboklarda 4-cü əvəzetməyə icazə verildi

Klublar 2018/2019 mövsümündən etibarən Çempionlar Liqası və Avropa Liqası matçlarının əlavə vaxtlarında 4-cü əvəzetmədən istifadə edə biləcəklər.

Qol.az-ın xəbərəinə görə, bu barədə UEFA-nın saytı məlumat yayıb. Yeni qaydalara əsasən, əsas vaxtda əvvəlki kimi 3 dəyişiklik edilə biləcək. Ancaq  əlavə vaxt olacağı təqdridə, 4-cü əvəzetməyə də icazə veriləcək.

Qeyd edək ki, əlavə vaxtda 4-cü əvəzetməyə ilk dəfə DÇ-2018-də icazə verilib. Rusiya millisi 1/8 finalda İspaniya ilə matçda 4-cü oyunçu dəyişikliyi edib. 97-ci dəqiqədə Daler Kuzyayevin yerinə Aleksandr Yeroxin meydana daxil olub.