06 iyul 2018 18:57
1465

Hər kəs bundan danışacaq

Müğənni Afaq Aslan modelliklə bağlı daha böyük layihələr həyata keçirmək niyyətindədir.

Publika.az xəbər verir ki, ifaçı model kimi fəaliyyət göstərməyə qərar verib:

“Bu günə qədər model kimi bir çox işlər görmüşəm. Hətta 23 ölkənin qatıldığı “Miss vselennaya 2017” (Kainat gözəli - 2017) müsabiqəsində 1-ci olmuşam. Bu sadəcə işlərin başlanğıcıdır. Türkiyədə modelliklə bağlı elə bir layihə həyata keçirəcəyəm ki, hər kəs bu işdən danışacaq. Həm müğənni, həm də modeləm. Bu, bir çoxlarını narahat edir. Müğənnilik, modellik mənim hobbimdir. Modelliklə bağlı edəcəyim yeni layihə hər kəsi şoka salacaq. Onu da deyim ki, tanınmış firmanın əsas siması seçilmişəm. Bütün bunlar barədə yaxın zamanlarda xəbərdar olacaqsınız”.

A.Aslan bildirib ki, yay fotosessiyası da etdirib: “Bir çoxları deyəcək ki, Afaq yenə açıq-saçıq şəkillər çəkdirdi. Barəmdə tənqidi şərhlər yazanlar elə bilirlər ki, onların fikri mənim vecimədir? Özünüzü yormayın. Sizin fikriniz mənə önəmsizdir. Gözəl bədən quruluşum var, ona görə də çoxu mənə paxıllıq edir”.