19 sentyabr 2018 23:39
1768

Alimlərin qənaəti: İnsanlar hər gün planetə zərər verirlər

Bir çoxlarımızın əhəmiyyətsiz hesab etdiyimiz hərəkət və adətlərimizin nəticəsi qlobal fəlakətə səbəb ola bilər. Alimlər belə bir nəticəyə gəliblər ki, insanlar demək olar ki, hər gün planetə vururlar. Mütəxəssislər araşdırma nəticəsində və son 50 ildə insanların məhz nələri məhv etdiklərini müəyyənləşdiriblər.

Ən böyük itki dünyada  iri balıq növlərinin 90% - nin məhv olunmasıdır.  Okeanda yerləşən balıqçılıq sahələri isə  istismar nəticəsində tamamilə tükənmiş vəziyyətə düşüb. Yeməli balıq növlərini ovlayaraq hər il balıq torlarından dənizə 27 milyon ton iri balıq tutmaq üçün tilova taxılan xırda balıqlar tullanılır. Ən pisi odur ki, onlar artıq  ölü balıqlar olurlar.

Son 50 ildə insanlar meşələrin 70 % - ni məhv edib, yerdə qalan 30 faizi isə hissələrə bölünüb və onların kəsilməsi ildə 50 kvadrat milə  bərabərdir.

İnsanlar həmçinin təxminən 45 mindən çox göl məhv edib.

Hər il kimyəvi sənaye yüz milyondan tondan çox 70 000 müxtəlif növ üzvi birləşmələr istehsal edir. Onların təhlükəsizliyi sübut olunmayıb.

İnsanlar bütün növ quşların dörddə birini məhv edib, yerdə qalan 11% nin isə artıq nəsli kəsilməkdədir.

Yer kürəsinin məşhur təbii sərvətlərinin 30% i tükənib, lakin planetin əhalisi durmadan artır.