20 sentyabr 2018 14:40
1845

Ən təhlükəli infeksiyalar məlum oldu

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni dövrün ən təhlükəli hesab olunan infeksiyalarını açıqlayıb.

AzVision.az xəbər verir ki, ÜST-ün hesabatına əsasən, tuberklyoz dünyanın ən təhlükəli infeksiyası hesab olunur. 

Mütəxəssislərin fikrincə, vərəm planetdə ölümün əsas 7 səbəbindən biridir. Sonrakı yerdə SPİD xəstəliyi gəlir. Həkimlər ölkə rəhbərlərini bu xəstəliklərin yayılmasının qarşısını almaq üçün tədbirlər görməyə çağırır.

2017-ci ilin statistikasına görə, Koxa çubuxu adlanan mikrob 10 milyon insana yoluxub. Yarım milyon insan isə bu mikrobdan ölüb. 

Qeyd edək ki, son 18 ildə ÜST-ün mütəxəssisləri və dövlət başçılarının birgə səyləri nəticəsində 54 milyon insanın vərəmdən ölməsinin qarşısı alınıb. Hər il bu infeksiyaya yoluxanların sayı 2 faiz azalır.