21 sentyabr 2018 16:45
2023

İlyas İsmayılovun oğlu dəfn olunub

Türkiyədə qətlə yetirilən azərbaycanlı iş adamı Etimad İsmayılov dəfn olunub.

AzVision.az xəbər verir ki, mərhum Nardaran qəsəbəsinin qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, sabiq deputat, Ədalət partiyasının sədri İlyas İsmayılovun oğlu Etimad İsmayılov sentyabrın 19-da axşam saatlarında İstanbulda qətlə yetirilib. Qətldə şübhəli bilinən sabiq polis rəisi Gözəl Dəmirov əvvəlcə hadisə yerindən qaçmağa müvəffəq olsa da, gecə saatlarında keçirilən xüsusi əməliyyat nəticəsində Beşiktaş Etilər məhəlləsində ələ keçirilib. Etimad İsmayılov tanınmış jurnalist Sevil Nuriyevanın həyat yoldaşıdır.