17 oktyabr 2018 00:41
1703

Nura ilə Tünzalə qalmaqalı yenidən alovlandı

Əməkdar artist Tünzalə Ağayeva ilə müğənni Nura Suri arasındakı qalmaqal yenidən alovlanıb. 

Axşam.az xəbər verir ki,  Ağayevanın küsülü həmkarları ilə barışmayacağı haqda "ATV maqazin onlarla"ya verdiyi açıqlama Nuranı əsəbiləşdirib. Nura bu haqda sosial şəbəkədə paylaşılan yazının altından qalmaqallı sözlər yazıb:

"İnsan niyə özünü hamıdan üstün görsün ki? Bu nə kopleksdir? Nə qədər bu insanın adı qalmaqallarda hallandı, utansaydı barı. Əri nələr dedi, qalanlari bir kənara".

Qeyd edək ki, Nuranın "ATV maqazin onlarla" verilişində dediyi "Özünü hər kəsdən üstün görür" sözləri qarşı tərəfin xoşuna gəlməmişdi. T.Ağayeva isə cavabında Nuranı tənqid edib, onu müğənni hesab etmədiyini söyləyib.

Bu dəfə Nura "Facebook" səhifəsində Ağayevanın keçmiş həyat yoldaşı Rəhman Əliyevin müsahibəsini paylaşaraq həmkarına cavab verib:

"Tünzalə Ağayeva bütün xəbərləri sildirə bilər, amma insanların yaddaşını yox. Keçmiş həyat yoldaşı Rəhman Əliyevin efirdə, saytlarda dediklərini "Youtube" və "Google"dan sildirib. Yəqin ki, öz yaddaşından da silib.  Mən pul verib qran-pri almıram, mükafat və ya "raskrutka"ya pullar tökmürəm. Tünzalə Ağayeva ilə eyni tədbirdə oluruq. Hətta qardaşının toyunda da oxumuşam.  "Çox sağ ol"u budur".