17 oktyabr 2018 19:34
1959

Türkiyədən Ermənistana keçən 4 nəfər saxlanıldı

Ötən gecə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Ermənistandakı Sərhəd İdarəsinin əməkdaşları Türkiyə - Ermənistan sərhədini pozan şəxsləri saxlayıb.

AzVision.az xəbər verir ki, oktyabrın 15-dən 16-na keçən gecə sərhəd pozucuları Araz çayı sahilində ərazini müşahidə etdikdən sonra Ermənistan tərəfə keçməyə çalışıblar. Lakin bu vaxt rus sərhədçilər onları saxlayıb.

İlkin məlumatlara görə, saxlanılan 4 nəfər Cənubi Asiyadandır. Qanunvericiliklə müəyyən edilmiş qaydada, sərhəd pozucuları Ermənistanın hüquq-mühafizə orqanlarına təhvil veriləcək.