30 oktyabr 2018 23:58
3196

Növbəti “Jara” festivalının vaxtı bəlli oldu

Rusiyalı məşhurların iştirakı ilə Bakıda keçirilən “Jara” festivalının 2019-cu ildəki keçirilmə vaxtı bəlli olub.

Oxu.Az xəbər verir ki, bu barədə “Jara”nın rəsmi “Instagram” hesabında məlumat verilib.

Bildirilib ki, festival 4 gün keçiriləcək və 25,26,27 və 28 iyul tarixlərinə təsadüf edəcək.

Qeyd edək ki, festival Xalq artisti Emin Ağalarovun təşkilatçılığı ilə keçirilir.