31 oktyabr 2018 15:20
1990

Türkiyənin ən reytinqli serialında BÖYÜK ŞOK

Aktrisa Tülin Özen “Ufak Tefek Cinayetler” serialından ayrılmağa qərar verib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Arzu xarakterini canlandıran aktrisanın seriala öz arzusu ilə vida etdiyi məlum olub.

İddialara görə, ulduzun serialdan ayrılmasının səbəbi ssenarinin gedişini bəyənməməsidir, lakin bununla bağlı layihə rəhbərləri hələ ki dəqiq bir açıqlama verməyib.