01 noyabr 2018 18:42
2897

Cennifer Lopesin açıq-saçıq FOTOSU

49 yaşlı Cennifer Lopes seksual fotoları ilə nəfəs kəsib.

Ulduz "Instyle” jurnalının dekabr buraxılışının baş qəhrəmanı olub. O fotosessiya üçün zümrüd rəngli olduqca cəsarətli obraz - "gizlənən hər şeyi” göstər üslubunda "Valentino”dan tunik seçib.

Tanınmış müsahibəsində bildirib ki, sosial şəbəkələrin inkişafı ilə artıq Hollivud ulduzlarının həyatı ilə tanış olmaq daha asandır. Müğənni 2004-ci ildə məşhur aktyor Ben Afleklə nişanlı olmaları və toya bir neçə gün qalmış ayrılmaları haqqından bunları deyib.

"Bu sadəcə dəlilik idi. İndi mən sizə kim olduğumu daha yaxşı göstərə bilərəm. Onda insanlar mətbuatda oxuduğu hər şeyə inanırdı. Bir çox yazılar ya ağ yalan, ya da həqiqətin yalnız üçdə bir hissəsi idi”, - deyə Lopes etiraf edib.

Müğənni deyir ki, sevgilisi Aleks Rodrigeslə sarı mətbuatının qəhrəmanları olmamasının səbəbi sosial şəbəkələrdir:

"İndi insanlar görürlər ki, mənim kişim uşaqlarını sevən və öz sevgilisinə heyran olan güclü idmançıdır. Görürəm ki, 2010-cü ildə "American Idol” şou münsifi olduqda sonra insanlar məni başqa cür qəbul etməyə başlayıb. Bu şou efirdə heç bir montaj olmadan yayımlanırdı. Nəhayət gördülər ki, əslində mən də ürəyi olan həssas insanam. İlk dəfə birinci şəxsin adından danışdım və bu, hər şeyi dəyişdi”.

O, sevgilisi ilə bağlı bunları deyib:

"Biz tanış olanda artıq öz üzərimizdə kifayət qədər işləmişdik. Hər kəsin nöqsanları var. Öz qüsurlarını etiraf edən və onları düzəltməyə çalışan insanları yüksək qiymətləndirir və onlara hörmət edirəm”./publika.az