14 yanvar 2019 11:42
584

Diniyev "Sabah"a keçdi

"Sabah" FK heyətini yeni futbolçuyla gücləndirib.

"İki sahil" klubun saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi Coşqun Diniyev bundan sonra komandanın uğurları üçün çalışacaq. 23 yaşlı futbolçuyla 3 illik müqavilə bağlanıb. Yeni transfer “Sabah”da 91 nömrəli forma geyinəcək. 

Qeyd edək ki, Diniyev karyerası ərzində "İnter" (2013-2015) və "Qarabağ" (2015-2019) klublarında çıxış edib. O, Azərbaycan millisində 8 oyun keçirib.