16 yanvar 2019 20:55
498

Sadio Mane: “Liverpul” çempion olacaq

“Liverpul” futbol klubunun hücumçusu Sadio Mane komandasının cari mövsüm Premyer Liqanın qalibi olacağına əminliyini bildirib.

AZƏRTAC “Sport.ua” istinadla xəbər verir ki, futbolçu 29 ildən sonra komandasının çempion tituluna yiyələnəcəyinə inandığını vurğulayıb: “Bu, zəiflərin komandası deyil. Biz liqanın ən güclü komandası olduğumuzu sübut edəcəyik”.

Çempionatın sonuna 16 matç qalmış 57 xalla turnir cədvəlinin lider olan “Liverpul” ikinci yeri tutan “Mançester Siti”dən 4 xal irəlidədir.