17 yanvar 2019 17:40
344

Quş qripi ilə əlaqədar monitorinq aparılıb

Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində yüksək patogenli quş qripi xəstəliyinə görə növbəti epizootoloji monitorinqlər həyata keçirir.

Monitorinqlər Qida Təhlükəsizliyi Agentliyi və regional bölmələrinin, Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarının, Kənd Təsərrüfatı, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin əməkdaşlarının iştirakı ilə köçəri quşların müvəqqəti məskunlaşdığı Pirallahı adasındakı Abşeron Milli Parkında, Şabran rayonundakı Ağzıbir ovçuluq təsərrüfatında, Salyan rayonundakı Şirvan Milli Parkında, Ağcabədi rayonundakı Ağgöl Milli Parkında, Lənkəran rayonundakı Qızılağac Dövlət Təbiət Qoruğunda, habelə qeyd olunan rayonlarda ailə, kiçik həcmli kommersiya və sənaye əsaslı quşçuluq təsərrüfatlarında həyata keçirilib.

Həmin ərazilərdə məskunlaşan quşlardan qan nümunələri götürülərək müayinə olunmaq üçün Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasına təqdim ediləcək və həmin nümunələrin analizinin nəticələri barədə ictimaiyyətə geniş məlumat veriləcək.