27 fevral 2019 10:22
1477

Erməni vandalizminin növbəti təzahürü

SSRİ dövründə Sumqayıt şəhəri Azərbaycanın böyük, inkişaf etmiş, çoxmillətli xüsusiyyətlərə malik sənaye şəhəri kimi ad-san qazanmışdır.1988-ci ilin fevralına qədər Sumqayıtda etnik zəmində hər hansı qarşıdurma olmamışdı. Lakin həmin ilin fevralında etnik zəmində törədilən iğtişaş  nəyin bahasına olursa-olsun Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağı Ermənistana birləşdirməyə çalışan erməni millətçilərinin məqsədyönlü təxribatlarının kulminasiyası nöqtəsi idi.

Bütün bunlar tarixə “Sumqayıt hadisələri” kimi yazıldı. Məhz bu hadisələrin araşdırılması, əsl həqiqətlərin üzə çıxması həmin dövrün ən aktual və vacib məsələsi olmuşdu.

Bu hadisələrin baş vermə səbəbinin araşdırılmasını öhdəsinə götürən SSRİ Baş Prokurorluğu işi axıra çatdıra bilmədi. Belə ki, iğtişaş iştirakçılarının yalnız bir qismi müəyyən edilib məhkəmənin qərarı ilə cəzalandırıldı, SSRİ-nin siyasi rəhbərliyi və SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin təzyiqləri nəticəsində istintaq məntiqi sonluğa çatdırılmadı, onun təşkilatçıları və sifarişçiləri qeyri-müəyyən qaldı.

İstintaq materialların təhlili təsdiq edir ki, Sumqayıtdakı iğtişaş Azərbaycana qarşı Ermənistan xüsusi xidmət orqanları və SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən təşkil edilmiş təxribat idi. SSRİ Konstitusiyası əsasında Dağlıq Qarabağın Azərbaycandan ayrılmasının qeyri-qanuniliyini dərk edən erməni ideoloqları və SSRİ rəhbərliyində onları açıq dəstəkləyən şəxslər ermənilərin və azərbaycanlıların birgə yaşamasının qeyri-mümkünlüyünü əsaslandırmaq, azərbaycanlıların artıq tam şəkildə Ermənistan ərazisindən qovulmasını təmin etmək və Azərbaycanı nüfuzdan salmaq üçün bu təxribata əl atmışdılar.

Sumqayıtda baş vermiş iğtişaşlar zamanı saxlanılmış erməni soyadı daşıyanların barəsində heç bir araşdırma aparılmamış, onlar dərhal “zərərçəkən” tərəf kimi buraxılmış və bir çoxları məsuliyyətdən kənarda qalmışdır. İş üzrə təqsirləndirilən şəxs kimi cəlb edilmiş Qriqoryan Eduard Robertoviç isə məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilib, SSRİ dağılandan sonra Ermənistanın həbsxanasına köçürülüb və oradan da dərhal müəmmalı şəkildə azadlığa buraxılıb. Dəstənin azərbaycanlı üzvlərindən biri olan Əhməd Əhmədova ölüm hökmü kəsildi.

Məhz bu təxribatdan sonra ermənilər azərbaycanlılarla bir yerdə yaşamağın qeyri-mümkün olduğunu bəyan etməyə və Dağlıq Qarabağdakı separatçılığa haqq qazandırmağa başladılar. Lakin qeyd edilməlidir ki, Sumqayıtda həmin dövrdə 18 min nəfərdən artıq erməni yaşadığı halda, cəmi 26 nəfər erməninin öldürülməsi, azərbaycanlıların öz erməni qonşularını fədakarcasına müdafiə etmələri, qorumaları və gizlətmələri nəticəsində mümkün olmuşdur.        

1988-ci ilin fevral hadisələrindən keçən illər ərzində erməni tərəfi öz separatçı və işğalçı siyasətinə, Xocalı soyqırımına və Azərbaycan torpaqlarında törətdiyi digər cinayətlərə bəraət qazandırmaq naminə  Sumqayıtda baş verən iğtişaşları əllərində bayraq ediblər.

Hələ 1988-ci ildən başlanmış bu təbliğat kampaniyası dünya ictimaiyyətinə azərbaycanlıların ermənilərə qarşı qəddarlığı, ermənilərin azərbaycanlılarla bir dövlət tərkibində birgə yaşamalarının mümkün olmaması ideyasını yaymağa yönəlmişdir.

Bu hadisələr bir daha məşhur deyimi xatırladır: “Ermənilər üçün ən yaxşı erməni ölü ermənidir”. Ermənilər ölmüş və yaxud öldürülmüş həmtayfalarından həmişə məharətlə istifadə ediblər. Ermənilər Sumqayıt hadisələrindən öz məkrli niyyətləri üçün yararlanmaq məqsədi güdürdülər. Ona görə də bu hadisələr haqda dərhal dünya ictimaiyyətində yanlış rəy formalaşdırmağa, anti-Azərbaycan əhval-ruhiyyəsi yaratmağa başladılar. Digər tərəfdən,  beynəlxalq erməni lobbisi Azərbaycan və Ermənistan arasında qarşıdurmaya dönməz xarakter verməyə, münasibətləri daha da kəskinləşdirməyə, dinc nizamlama perspektivlərini heçə endirməyə çalışırdılar.

Sumqayıt hadisələrində 26 nəfər erməninin öldürülməsi də elə onların öz hiylələri, mundar məqsədləri naminə öz həmvətənlərinə etdikləri haqsızlıq nümunəsi idi. Doğrudur, yalnız məqsədinə çatmaq üçün yerdə qalan hər şeyi, hər kəsi unudan bir millətdən  haqq-ədalət gözləmək də doğru deyil. Dünyaya  vətəndaşların ölümü ilə nəticələnən bu iğtişaşı vandalizmin təcəssümü kimi təqdim etməyə çalışan ermənilərin əslində  məqsədlərinə doğru çatmaq  yolunda özlərinin əlləri ilə qətlə yetirdikləri  növbəti qurbanların əyani sübutu idi.

Yaqut Ağaşahqızı, “İki sahil”