04 iyun 2019 14:23
1228

Devid Bekhem Luis Suaresi MLS-də görmək istəyir

MLS-də çıxış edən “İnter Mayami”nin sahibi Devid Bekhem "Barselona"nın hücumçusu Luis Suaresi komandasına dəvət etməyi planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat verib. Qırx dörd yaşlı Bekhem uruqvaylı futbolçuya dördillik müqavilə təklif etməyə hazırdır.

Qeyd edək ki, L.Suares ötən mövsüm "Barselona"nın heyətində 29 oyun keçirib, 25 qol vurub və 13 məhsuldar ötürmə edib. Onun “Barselona” ilə müqaviləsinin müddəti 2021-ci il iyunun 30-dəkdir.