21 iyun 2019 18:25
1256

İraqda məscid partladıldı - 10 ölü

İraqın paytaxtı Bağdadda məscidlərin birində partlayış törədilib.

Trend-in məlumatına görə, hadisə nəticəsində 10 nəfər həlak olub.

Daha 30 nəfərin yaralandığı deyilir. Qeyd olunur ki, partlayış intiharçı terrorçu tərəfindən törədilib.

Terrorçu məscidin girişində partlayıcını işə salıb. Məscidin ətrafı polis tərəfindən əhatəyə alınıb.