15 iyul 2019 20:19
1002

“Yuventus” yeni futbolçusunu təqdim edib

İtaliyanın “Yuventus” klubu növbəti transferini təqdim edib.

Turin təmsilçisi heyətini uelsli futbolçu Aron Remsi ilə gücləndirib.

28 yaşlı orta sahə oyunçusu “ağ-qaralar”a azad agent statusu ilə qoşulub. İngiltərənin “Arsenal” klubu ilə müqaviləsi başa çatan A.Remsi yeni komandasında 8 nömrəli forma ilə çıxış edəcək.