07 avqust 2019 11:40
908

Bakıda qadın zərbədən havaya uçdu - VİDEO

Zabrat qəsəbəsində piyada vurulması ilə nəticələnən növbəti yol nəqliyyat hadisəsi oxucularımızdan birinin videoregistratorunun görüntülərinə düşüb. "İki sahil" Avtosfer.az-a istinadən xəbər verir ki, avqustun 6-da saat 08:21 radələrində 99 RZ 697 dövlət qeydiyyat nişanlı "Daewoo Nexia" markalı taksi sürücüsü tam olaraq əks yola çıxıb sürətli hərəkət edib. Bu zaman yolu keçməkdə olan piyada qadın hərəkət axını tərəfdən gələn nəqliyyat vasitələrinin olmadığına əmin olub yolu keçir. Amma həmin qadın haradan bilə bilərdi ki, hansısa özünü hamıdan üstün sayan bir sürücü əks yola çıxıb o sürətlə gələr.

 

Görünən odur ki, hər gün baş verən qəzalar bəzi sürücülərə hələ də ibrət olmayıb. Hətta belə qayda pozan sürücülərin videogörüntüləri yayıldıqda "bəlkə xəstəsi var, yəqin tələsir" və s. deyib haqq qazandıranlara demək istəyirik ki, bu vurulan piyada qadının yerində bir gün bizim də əzizlərimiz ola bilər. Nə vaxta qədər belə sürücülərə haqq qazandıracaqsınız?!