10 sentyabr 2019 15:24
597

Səfir: Türkiyə regionda sabitliyin təmin olunmasını istəyir

Türkiyə müttəfiq və tərəfdaş ölkələrdə, eləcə də regionda sabitliyin təmin olunmasını istəyir. Bunun üçün də öz töhfəsini verməyə hazırdır.

AZƏRTAC xəbər verir ki, bunu Tbilisidə keçirilən “İndi nə?” adlı beşinci beynəlxalq konfransda Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazgan söyləyib.

“Türkiyə və qonşuları” adlı paneldəki çıxışında diplomat deyib ki, sabitlik ölkələrin daha da inkişaf etmələrinə imkan yaradır. Ölkəsinin Gürcüstan üçün əsas tərəfdaşlardan biri olduğunu vurğulayan səfir deyib ki, Türkiyə Gürcüstana ən çox investisiya qoyan ölkələrdən biridir. Sərmayələr ən çox energetika sektoruna yatırılır.

"Türkiyə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin də iştirakçısıdır. Biz bu əməkdaşlığı gələcəkdə də davam etdirəcəyik”, - deyə səfir vurğulayıb.